Taksi sürücüsü müştərisinə təcüvüz etdi – Sonra onunla “selfie” çəkdirdi

Taksiyə minən sərxoş qadın sürücü tərəfindən təcavüzə məruz qalıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Böyük Britaniyanın paytaxtında baş verib. “Uber” sürücüsü taksiyə minən sərxoş qadına cinsi zorakılıq tətbiq edib, daha sonra isə onunla çılpaq “selfi” çəkib. 38 yaşlı Durrani adlı şofer 27 yaşlı qadına qarşı törətdiyi cinayətə görə məhkəməyə çıxarılıb. O, 12 il müddətinə azadlıqdan məhrum edilib.