Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Taksi sürücüsü polislə dalaşdı, damarlarını doğradı

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Bakı-Sumqayıt istiqamətinə taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib. S.Şahverdiyev isə onların iradının əsassız olduğunu deyib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O, təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.(report)

Yenicag.az

www.yenicag.az

324