Taksi sürücüsü yatan sərnişinin bank hesabından 40 min manat pul OĞURLADI

Taksi sürücüsü yatan sərnişinin bank hesabından 40 min manat pul çıxarıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilir ki, dekabrın 11-də Vaqarşapat polis şöbəsinə xarici vətəndaş müraciət edib. Dekabrın 8-də səhər saatlarında “Nissan” markalı taksinin sürücüsü onu İrəvandan Eçmiədzindəki (Üçkilsə rayonu – red.) ünvana aparıb.

Bu müddət ərzində vətəndaşın ayıq olmamasından və yolda yatmasından istifadə edən sürücü mobil telefonunu götürərək bank hesabından 9 milyon dram (təxm. 40 min man.) pulu şəxsi hesabına köçürüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Vaqarşapat RPİ-nin əməkdaşları tərəfindən taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib.

Eçmiədzin rayonundan olan 33 yaşlı kişi şöbəyə dəvət olunub və o, törətdiyi əməli etiraf edib. Sürücü tutularaq hazırlanmış sənədlərlə birlikdə Vaqarşapat istintaq şöbəsinə təhvil verilib.

Oğurluq faktının araşdırılması istiqamətində işlər aparılır.

Xuraman Etibarlı

COP29