!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi xidmətinə uzanan "DÖVLƏT ƏLİ": "Dolayı nəzarət olmalıdır, amma birbaşa müdaxilələr..." - Ekspertdən qiymət artımı ANONSU

!Reklam – Yazi

Aslan Əsədov: “Xarici aqreqatorların ölkəyə gəlişindən sonra mobil nəqliyyat vasitələrinə üstünlük verildi”

Natiq Cəfərli: “Yeni “AzərTaksi” yaratmaq problemi həll etməyəcək”

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksilərlə bağlı müəyyən islahatların tətbiq ediləcəyini bildirib.

 

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, ölkəmizdəki taksi xidmətlərinin qiyməti münasibdir və dövlət nəzarəti gərəksizdir:

“Azərbaycanda taksi xidməti ən az rəqabətli sahələrdən biridir. Qiyməti də cibə uyğundur. Bu sahəyə dövlət tənzimlənməsinin gətirilməsi qiymət artımına səbəb olacaq. Dövlət yalnız lisenziya və vergiyə nəzarət etməlidir. Tıxac məsələsinə gəldikdə, Bakıda bir milyondan çox maşın var. Onların cəmi əlli mini taksi fəaliyyəti göstərir. Necə olur ki, doqquz yüz əlli min avtomobil tıxaca səbəb olmur, amma əlli min taksi tıxac yaradır? Bundansa, hökumətin borcudur ki, alternativ yollar yaratsın, sərnişin daşıma vasitələrinin effektivliyini artırsın və sair. Amma taksi xidmətinə dövlət nəzarəti gətirməyə ehtiyac yoxdur, yaxud yeni “AzərTaksi” yaratmaq problemi həll etməyəcək. Belə edilsə, əksinə, qiymət qalxacaq. Son altı-yeddi ili gözdən keçirsək, taksilər yeganə nüansdır ki, qiymətlər qalxmır, əksinə, enir. Bu yanaşma çox yanlışdır. Dolayı nəzarət olmalıdır, amma birbaşa müdaxilələr düzgün deyil. Həmçinin bu qədər taksinin olması işçi qüvvəsinə də xeyirdir. Hökumətin yükü azalır. Taksi şirkətləri bağlansa, nə olacaq? Yenə işsizlik. Camaat başlayacaq ki, sosial müavinət istəyirəm. Bütün bu məsələləri nəzərə alaraq dövlət taksilərin inkişafına daha da diqqət göstərməlidir”.

Nəqliyyat eksperti Aslan Əsədov isə bu islahatların müsbət tərəflərinin də olduğunu vurğulayıb:

“Amma bir məsələ də var. Yerli şirkətlər bu prinsiplə işləyə biləcək mi? Xüsusən xarici aqreqatorların ölkəyə gəlişindən sonra mobil nəqliyyat vasitələrinə üstünlük verildi. O cümlədən də köhnə və yararsız avtomobillərin istifadəsi azaldı. Sərnişin daşıma daha da müasirləşdi. Tıxacları yaradan isə sırf şirkət taksiləri deyil. “Manatlıq” taksilər də buna təsir edir. Həmçinin, kütləvi avtomobilləşmə prosesi də burada rol oynayır. Bəs problemlər hansılardır? Aqreqatorların ən vacib problemi kartla ödənişdir. Bundan əlavə, işçilər işə qəbul edilərkən yoxlanışdan keçmir və müqaviləsiz işləyirlər”.

Şahanə Paşa

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv