Taksidə qəzaya düşən məşhur aparıcı təhdid edildi: “Sürücü deyir, səninlə başqa yerdə danışacam”

Tanınmış teleaparıcısı Vüsalə Məmmədova qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, bununla bağlı teeaparıcı sosial media hesabında paylaşım edib.

Vüsalə Məmmədova taksinin qapısını açıb maşından düşmək istəyərkən marşrut avtobusunun qapıya çırpıldığını qeyd edib:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi sürücüsü: “Arxadan maşın gəlir, saxlaya bilmərəm”, –  deyib irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “O qapı içəridən açılmır, sol qapıdan düşün”, – dedi… İki dəfə yoxladım, həqiqətən, qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı… Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım…

Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, bu işi neyləyək? “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir, səninlə başqa yerdə danışacam…”