!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksilərdə nağdsız ödəniş PROBLEMİ: "Qiymətlər elə müəyyən olunmalıdır ki, komissiya xərci də..."

!Reklam – Yazi

“Bolt” taksi xidmətində kartla ödəniş zamanı əlavə komissiyanın tutulması sərnişinlərin narazılığına səbəb olur. Bir sıra sahələrdə nağdsız ödənişləri təşviq etmək üçün müxtəlif addımlar atıldığı halda, taksi xidmətində bu məsələnin problem kimi qalması davam etməkdədir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bildirib ki, nağdsız ödənişlərdə sözügedən halların yaşanmasının mütləq şəkildə qarşısı alınmalıdır.:

“Çünki bu sistemə keçid ölkəmizdə yenidir və ona görə də atılan addımlar insanları həvəsləndirməlidir. Sərnişinlərin nağdsız ödəniş etməyə maraqlı olmasına təşviq etmək lazımdır. Əks halda, dövlətin həyata keçirdiyi siyasət hansısa şirkət tərəfindən şübhə altına alınacaq, insanlarda mənfi münasibət formalaşacaq. Təəssüf ki, bəzi şirkətlər işini bu cür qurur. Əslində, qiymətin ƏDV daxil hesablanması taksi xidməti ilə yanaşı, bir çox sahələrdə mövcuddur. Taksi şirkətləri də ƏDV-ni sərnişindən tutur.

Taksi xidmətində qiymətlərin çox aşağı olduğundan bu vəziyyəti normal hal saymaq olar. Lakin taksi fəaliyyətində vahid qiymət siyasəti müəyyənləşəndən sonra problem aradan qalxa bilər. Qiymətlər elə müəyyən olunmalıdır ki, komissiya xərci də ödənişin içində getsin. Nəticədə vətəndaşdan hansısa ödəniş tutulmasın. Ümid edirəm ki, bu ilin sonuna kimi taksi fəaliyyəti ilə bağlı təkmilləşdirmə üzrə yeniliklər olacaq və məlum nöqsanlar aradan qalxacaq”.

Gülşən Şərif

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv