Taksilərlə bağlı daha bir PROBLEM: Böyük məbləğdə cərimələnə bilərlər – VİDEO

Son günlər taksilərlə bağlı daha bir problem özünü qabarıq şəkildə göstərməyə başlayıb. Belə ki, taksi sifariş verən zaman ünvana proqramda göstərilən avtomobil deyil, seriya nömrəsi tamamilə fərqli olan avtomobil sərnişinə yaxınlaşır. Bu da istər-istəməz insanlarda narahatlıq doğurur. Bəs bu halın baş verməsi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, belə halların baş verməsi taksi fəaliyyəti ilə bağlı qanunvericiliyin pozulması anlamına gəldiyinə görə, taksi operatorunu böyük məbləğdə cərimələnməsinə səbəb ola bilər.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Məsimə Məmmədova
Muhammed Can Akyürek

COP29