!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksilərlə bağlı YENİ TƏLƏBLƏR – VİDEO

!Reklam – Yazi

Hökümətin təsdiq etdiyi yeni qaydalara görə, istehsal ili ən az 15, texniki saz, eləcə də, isitmə-soyutma sistemləri ilə təhciz edilən minik avtomobilləri taksi kimi işləyə bilər. Bundan əlavə taksometr, posterminalın olması vacibdir. Taksilər üçün xüsusi rənglər də müəyyyən edilib.

Ekspert Elməddin Muradlı mövzu ilə əlaqədar ARB-ə bildirib: “Yaş məsələsi də var. 18 yaşında vəsiqə aldın o demək deyilki, taksilik edə bilərsən. İki il staj tələb olunacaq. Ağ, sarı, bənövşəyi rəngdə olacaq taksilər”.

BNA-nın rəsmisi Hikmət Babayev: “Taksiyə aid olan şərtlər tələblərdə öz əksini tapıb. O tələblərə cavab vermiyən nəqliyyat vasitələri istismardan çıxarılacaq və kənarlaşdırılacaq”.

Tələbləri sürücülər məqbul qarşılayır. Amma onları narahat edən bəzi məsələlər də var.

Sürücülər isə bildirib: “Vahid bir qiymət olsun. Deyirlər neçəyə apararsan? Deyirəm, sayğac nə yazar onu da verərsən. Deyir ki, bəlkə sayğac 10 manat yazdı axı mənim o qədər pulum yoxdur”.

Mütəxəssislər deyir ki, xidmət keyfiyyəti üçün bu tələblərin qəbul və icrası uzunmüddətli prosesdir. Qəbul olunan qaydalar hüquqi və fiziki şəxslər üçün eynidir.

Ekspert Fərhad Eyyubov: “Fərqlənmə alacaq, lazimi tələblərə cavab verən texniki vasitələri quraşdırıb xidmət göstərə bilərlər”.

Tələblərin icrası Bakı nəqliyyat agnetliyinə tapşırılıb. Amma bu şərtlərin tam icrası üçün illər lazım olacaq.

www.yenicag.az

1347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv