Taksimə giriş pullu olacaq

DSC_5262Türkiyənin böyük şəhərlərinin mərkəzlərinə girişin ödənişli olmasını nəzərdə tutan layihə hazırlanıb.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bu barədə Ətraf və Şəhərçilik nazirliyindən bildiriblər.

Bu isə o deməkdir ki, İstanbulun mərkəzi meydanlarından olan Taksimə də giriş pullu olacaq.

Layihədə tariflər Türkiyə Böyük Millət Məclisinin qərarı ilə müəyyənləşdirilməlidir.