“Talant Mərkəzi Asiya” yarışması finala yaxınlaşır

“Talant Mərkəzi Asiya” yarışması artıq finala yaxınlaşır.

Yenicag.az xəbər verir ki,qeyri-adiliyi ilə iştirakçılardan seçilən, virtuoz kamança ifaçısı, soprano səsli Şəbnəm Abdullazadə isə finalın bir addımlığındadır. Yarışmada ölkəmizi layiqincə təmsil edən iştirakçı Drezden Simfonik Orkestrinin solistidir. O, həmçinin bir çox beynəlxalq layihələrin iştirakçısıdır. Şəbnəmin dostu da, sirdaşı da kamançadır. Barmaqların dilə gətirdiyi simlərin səsi ilə möcüzələr yaradan Şəbnəm Abdullazadə Azərbaycan musiqisinin incilərini təbliğ edir.

Onun ifası həmişə rəngarəngdir! Bu dəfə də Şəbnəm Abdullazadə mükəmməl səsi, bənzərsiz ifası, gözəl rəqsi ilə münsifləri heyran edib. Onu qalib etmək isə bizə düşür.  Gəlin bir olaq, onu qalib edək!

Bunun üçün AİTU mobil tətbiqini yükləmək lazımdır. Onu yüklədikdən sonra, qeydiyyatdan keçib, “Talant Mərkəzi Asiya” mini tətbiqinə daxil olaraq səsinizi verin.  Səsvermə  və  bazar ertəsi saat 22.00-dək davam edəcək. Birlik göstərək, iştirakçımıza dəstək olaq! Qoy Asiya qitəsi Odlar Yurdunun istedadlarını tanısın!