Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Tale” filmi nümayiş etdirilib

29339Kinoteatrda Vaqif Mustafayevin rejissoru olduğu “Tale” filmi nümayiş olunub

“28 Cinema” kinoteatrı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar olaraq dekabr ayının 12-də Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqında çəkilmiş “Tale” filmini nümayiş etdirib.

“Tale” filmi Vaqif Mustafayevin Ulu Öndər haqqında çəkdiyi filmlər silsiləsinin beşincisidir. Filmlər silsiləsinin bu hissəsində 1985-1993-cü illər ərzində prezidentin həyatında baş verən hadisələr əks etdirilir. Filmdə prezidentin özü həyatının həmin keşməkeşli illərini danışır.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

(bizimyol.info)

www.yenicag.az

348