!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taleh Bağırzadənin həbs müddəti 3 ay artırıldı

!Reklam – Yazi

76226Ötən il noyabr ayında Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən, “Müşəlman Birliyi” adlı təşkilatın rəhbəri Taleh Bağırzadənin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti artırılıb. Trend-in məlumatına görə, bu barədə T. Bağırzadənin vəkil Cavad Cavadov bildirib.

Vəkil qeyd edib ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə T. Bağırzadənin həbs müddəti 3 ay uzadılıb. Qərarla razılaşmayan T. Bağırzadə məhkəmə qərarından apelyasiya şikayəti verəcək.

Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırzadə Bakı İstintaq təcridxanasında saxlanılır.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv