44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Ümid Partiyasının deputatlığa namizədi, Ümid Partiyasının İcra Aparatının Rəhbəri, politoloq Taleh Əliyevin seçki kompaniyasına start verilib.
Yenicag.az-a Taleh Əliyevin Seçki Qərərgahndan veriləm məlumata görə, yanvarın 22 və 23-də Sumqayıt şəhərinin 20 və 21-ci məhəllələrində yaşayan seçicilərlə qapı-qapı görüşlər təşkil olunub.
Taleh Əliyevin iştirakı ilə keçrilən qapı-qapı görüşləri seçicilərdə böyük rəğbət hissi yaradıb. Onlar 9 fevralda seçki məntəqələrinə gedərək Ümid Partiyasının deputatlığa namizədinə səs verəcəklərini bildiriblər.