!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taleh Qaraşovla bağlı gündəmi zəbt edən SENSASİON İDDİALAR

!Reklam – Yazi

ZPVrT8yKRu3gSon günlər Lənkəranın icra baçısı Taleh Qaraşovla bağlı qalmaqallı məlumatlar medianın gündəmindən düşmür. Belə ki, icra başçısının Lənkəranda yaratdığı dözülməz vəziyyət və oğlanlarının fəaliyyəti ciddi narahatlıq doğurub.

TALEH QARAŞOVUN OĞULLARI LƏNKƏRANDA “AT OYNADIR”

Lənkərandan daxil olan məlumata görə, icra başçısının oğlanları biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib və iş adamlarına da qənim kəsilib. Belə ki, Qaraşovun “Hacı” ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.

Məlumatda həmçinin dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

SƏHƏRLƏR “LEXUS”, AXŞAMLAR “PORŞE” VƏ HANSI PULLARLA?

Mediada yayılan məlumatlarda isə vurğulanır ki, Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, teder yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.

Bundan başqa Seymur Qaraşovun adı son olaraq, Lənkəran Gənclər Mərkəzi ilə bağlı gündəmə gəlib. Mətbuatın yazdığına görə, “Lənkərandakı Gənclər Mərkəzinin mülkiyyəçisi kimi adı keçən başçı oğlu Seymur Qaraşov mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var. Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lnkəranda geniş yayıldığı bildirilir ki, bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır. Ancaq son zamanlar manatın məzənnəsinin düməsi bu “alver sahəsini də “dollarlaşdırıb””.

Taleh Qaraşovun digər oğlu Vüsal Qaraşov da polis olsa da, adı biznes qalmaqallarında hallanır. Belə ki, ən son onun Beyləqan bazarını aldığına dair xəbərlər yayılıb.

İCRA BAŞÇISI VƏ ÖVLADLARI HANSI XARİCİ ÖLKƏDƏ İSTİRAHƏT EDİRLƏR?

Virtualaz.org saytının bir müddət öncə yaydığı xəbərdə isə bildirilirdi ki, icra başçısı və övladları tez-tez xarici ölkələrdə istirahət edirlər: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər”.

Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

KARLO VARI-da XƏRCLƏNƏN 251 MİN DOLLAR…

Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!

T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?

Maraqlıdır ki, Taleh Qaraşov özündən əvvəlki icra başçılarının necə cəzalandırdığını görsə də, bundan nəticə çıxarmır.

PREZİDENTİN MESAJI VƏ GÖZLƏNİLƏN CƏZA…

“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”, – bu fikirlər isə cənab Prezident İlham Əliyevin məmurların özbaşınalığı ilə bağlı səsləndirdiyi çıxışından bir epizoddur. Belə ki, dəfələrlə məmur və övladlarına xəbərdarlıq edən Azərbaycan Prezidenti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da bu mövqeyini bir daha sərgilədi.

Amma görünən odur ki, Taleh Qaraşov və oğlanları bütün bunları gözardı edirlər. Bunun isə nəticəsinin ağır olacağı heç kəsə sirr deyil.(aktual.az)

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv