Taleh Qaraşovun qardaşını öz oğlu öldürdüyü məlum oldu

Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, polis cinayətin üstünü açıb.

Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Əlavə məlumat veriləcək.