!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taleyi sual altında olan məktəb - Prezidentə müraciət

!Reklam – Yazi

Bakı Şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev 95 ünvanında yerləşən şəhid Tərlan Heybətovun adına 126 saylı tam orta məktəbin taleyi sual altındadır.

Avqustun 29-da məzuniyyətdən qayıdan müəllimlər məktəbin qonşuluqda yerləşən “Vətən“ idman məktəbi ilə birləşmə xəbərini alıblar.

Məktəb kollektivi baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.

Yenicag.az həmin müraciəti sizə təqdim edir:

“Bakı Şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev 95 ünvanında yerləşən şəhid Tərlan Heybətovun adını uzun illərdir daşıyan 126 saylı tam orta məktəbin müəllim, texniki heyəti və həmin məktəbin valideyn kontingenti adından bildiririk ki, 126 saylı məktəbin taleyi sual altındadır. Belə ki, 29.08.2018-ci il tarixdə məzuniyyətdən qayıdan müəllimlər məktəbin qonşuluqda yerləşən “Vətən“ idman məktəbi ilə birləşmə xəbərini aldı. Təhsil Nazirliyi tərəfindən məktəbə göndərilən Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbin direktor əvəzi, Təhsil Nazirliyinin əməkdaşı Xəyyam Fərəcov kobud şəkildə müəllimlərin hüququnu pozaraq, onları dinləmədən öz izahatını verdi. İbtidai siniflərin qonşu 244 nömrəli tam orta məktəbə köçürüləcəyini bildirdi. Amma ibtidai sinif müəllimlərinin “nə zaman siniflərə gedə bilərik” sualına “17 sentyabrda dərs başlayanda biləcəksiniz” cavabını verdi. 5 yaşlıların qeydiyyat səhifəsində 126 nömrəli məktəbin müəllimlərinin adlarının olmamasına dair sual isə hələ o işə baxan təhsil nazirliyinin işçisinin məzuniyyətdə olması ilə izah olundu. 5 yaşlılara dərs deyəcək müəllimlərin 02.09.2018-ci ildən başlayacaq təhsil kurslarında iştirak etməməsinə cavab olaraq da “3 nəfər müəllimə yenidən kurs təşkil olunacağı” bildirildi.

Nazirliyin əməkdaşı bildirdi ki, “artıq hər iş hesablanıb, möhürlənib, təsdiqlənib. O, nazirin əmrinin müzakirə olunmasının deyil, həyata keçirilməsinin vacibliyindən danışdı. Təhsil nazirliyinin əməkdaşı hələ də bilmir ki, müəllim artıq indidən harada dərs keçəcəyini bilməli və valideynləri təlimatlandırmalıdır”.

126 saylı məktəbin kollektivi və valideynlər 244 saylı məktəbdə şagirdlərin say çoxluğuna görə sıxlıq yaranacağından narahatdılar:

“Cənab Prezident, Sizə bildirmək istəyirik ki, bizim ərazidə – Abay Kunanbayev 95 ünvanında 2 tam orta məktəb, 3 bağça və 6 seçki məntəqəsi fəaliyyət göstərir. Məktəblərin ərazisində 3 göydələn inşa olunub. O binalardan gələn şagirdlər sıxlığının qarşısında 1 təhsil ocağı – 244 saylı məktəb necə fəaliyyət göstərəcək? Hal–hazırda, Sizin və Respublikanın birinci xanımının – Mehriban xanımın təşəbbüsü ilə ucqar rayonlarda yeni məktəblərin tikildiyi bir zamanda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonun ərazisində 2 məktəbdən 1-nin idman litseyi, digərinin tam orta təhsil müəssisəsi olması şagird sıxlığının qarşısını ala biləcəkmi? 2019/2020-ci tədris ilində ibtidai bazası olmayan bir məktəbdə 5-11-ci siniflərdə şagird azlığı olacağı təqdirdə həmin siniflərdə işləyən fənn müəllimlərinin aqibəti necə olacaq? Təhsil Nazirliyi 80 nəfərlik idman məktəbinə 1005 nəfərlik tam orta məktəbi qurban verir”.

Sonda 126 saylı məktəbin müəllim və valideyn heyəti onların haqq səsinin eşidiləcəyinə və problemin tezliklə öz həllini tapacağına inandıqlarını bildiriblər.

www.yenicag.az

2028
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv