“Taliban” hərbi bazaya hücum etdi: 8 əsgər öldürüldü

“Taliban” silahlıları Əfqanıstanda hərbi bazaya hücum edib.

Yenicag.az xəbər verir ki, hadisə Farah vilayətində, Bala Buluk rayonunda olub.

Vilayət Şurasının üzvü Dadullah Keynin sözlərinə görə, hücum zamanı 8 əsgər həlak olub, daha 10 nəfər itkin düşüb.

Silahlılar hərbi bazadan silah və döyüş sursatları aparıblar./Report/