“Taliban” hökumətinin əyalət başçısı partlayışda öldü

Əfqanıstandakı “Taliban” hökumətinin Bəlx əyalətindəki başçısı Məhəmməd Davud Muzamal otağında törədilən partlayış nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bəlx üzrə “Taliban”ın təhlükəsizlik xidmətinin təmsilçisi Asif Vəzir başçının qətlini təsdiqləyib. O bildirib ki, partlayış nəticəsində daha iki nəfər ölüb.

Qeyd edilib ki, terror hücumunu intiharçı-kamikadze törədib.