“Taliban” kriptovalyutanı qadağan etdi

Əfqanıstanın “Taliban” administrasiyası kriptovalyutaları qadağan edib.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, “Taliban” Əfqanıstanın üçüncü böyük şəhəri Heratda keçirdiyi əməliyyatda kriptovalyuta alqı-satqısı ilə məşğul olan 13 nəfəri həbs edib.

Əfqanların kriptovalyutalara üz tutmasının başlıca səbəbi xaricə pul göndərməyin asan olması idi. Bununla yanaşı, əfqanlar kriptovalyutaya üz tutmaqla öz sərvətlərini qorumağa çalışırdılar.

Lakin Herat polisi: “Mərkəzi Bank bizə kriptovalyutalarla ticarəti dayandırmağı əmr edib”, – deyə açıqlama verib. Həbs edilən 13 nəfər girov müqabilində sərbəst buraxılsa da, “Taliban” tərəfindən kriptopul şirkətləri bağlanıb.

Gülşən