“Taliban” polislərə hücum etdi – 15 ölü

Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlıları hücum edib.

Yenicag.az xəbər verir ki, hücum nəticəsində 15 polis məmuru həlak olub, 2-si itkin düşüb.

Hücum səhər saatlarında bir neçə istiqamətdən baş verib.

Qeyd olunur ki, silahlılar da itkilər verib.