Talibana ağır zərbə

latest-taliabn-infighting-kills-8-more-1402840419-9813Əfqanıstanın şimalında Fəryab vilayətinin Peştun Kot rayonunda Taliban döyüşçüləri ilə ordu qüvvələri arasında baş verən atışmada 6 nəfər  öldürülüb.

Yenicag.az xəbər verir ki, öldürülənlər hamısı Taliban üzvləridir. Ordu qüvvələrinin rəsmisi, general Şirin Şah Kohbendi bildirib ki, taliblər anidən hərbi maşın karvanını atəşə tutublar. Bu zaman 4 əsgər yaralanıb.

 

Lakin Taliban tərəfi də 11 əsgərin öldüyünü iddia edib.