Əfqanıstan Silahlı Qüvvələri tərəfindən aparılan əməliyyatlar nəticəsində “Taliban” qruplaşmasının 60-dan çox üzvü məhv edilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi təyinatlı ordu birləşmələri Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Loqar, Vardak, Hilmend, Uruzqan və Paktika əyalətlərində anti-terror əməliyyatları aparıb.
Əməliyyatlar uğurla həyata keçirilib. Belə ki, “Taliban”a aid radioqüllə və iki əldəqayırma partlayıcı qurğu məhv edilib.