“Taliban”dan Əfqanıstan hökumətinə üç aylıq ATƏŞKƏS TƏKLİFİ

“Taliban” hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşkəs təklif edib.

Yenicag.az-ın məlumatına görə, bunu Əfqanıstan hökumətinin “Taliban”la danışıqlar üzrə nümayəndə heyətinin üzvü Nader Naderi deyib.

Qeyd olunub ki, təşkilat atəşkəsi 7 min silahlının həbsdən azad edilməsi müqabilində təklif edir.

Bu gün Qətərin paytaxtı Dohada rəsmi Kabillə “Taliban” arasında danışıqların növbəti mərhələsi nəzərdə tutulub. Tərəflər arasında danışıqlar ötən ilin sentyabrından davam etdirilir.