“Taliban”dan Türkiyəyə İLK ZİYARƏT

Əfqanıstandakı “Taliban” hökumətindən Türkiyəyə ilk səfər bu gün reallaşacaq.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, “Taliban” hökumətinin xarici işlər nazirinin müşaviri Əmirxan Mütəqqi bu gün Türkiyəyə səfər edəcək.

Mütəqqinin Türkiyədə rəsmi şəxslərlə görüşməsi gözlənilir.