Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanın paytaxtı Kabildə təşkil edilən terror hadisəsinə münasibət bildirib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Bosniya və Herseqovina səfərindən öncə hava limanında jurnalistlərə açıqlama verib.
Ərdoğan Kabildə törədilən terror hücumlarını qınadıqlarını qeyd edib, Türk Silahlı Qüvvələrinin təxliyyəsinin davam etdiyini vurğulayıb.
Ərdoğan “Taliban”la görüşlərin təşkil edildiyini və bunun heç kəsə dəxli olmadığını qeyd edib:
“Taliban”la ilk görüşümüz orada 3,5 saat davam etdi. Səfirlik nəzarətindəki əməkdaşlarımız bu görüşü həyata keçirdilər. Yenə görüşə bilərlər”.
“Biz dövlətik, nə etməliyiksə, onu da edirik. Lazım gəldikdə “Taliban”la da görüşürük. Hazırda “Taliban”ın bizə Kabil Hava Limanını işlətmək üçün təklifləri də var. Bununla bağlı hələ qərar verməmişik”, – deyə Ərdoğan vurğulayıb.