Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Taliban”ın hücum etdi: 9 polis və 4 azyaşlı öldü

Əfqanıstanın Qəzni şəhərində “Taliban” silahlılarının polis məntəqəsini minaatanlardan atəşə tutması nəticəsində 9 polis və 4 azyaşlı həlak olub.

Yenicag.az xəbər verir ki, bu məlumatı əfqan polisinin sözçüsü Əhməd Xan Serat AFP agentliyinə verib. Onun sözlərinə görə, yaralanan daha 6 polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ötən ilin avqustunda “Taliban” qüvvələri Qəzni şəhərini ələ keçirsə də, ABŞ hərbçilərinin və hökumət qoşunlarının birgə hərbi əməliyyatlarından sonra oranı tərk etmişdilər. Bundan başqa, martın 29-da “Taliban” silahlıları ilə döyüşlərdə Əfqanıstanın Zabul rayonunda da 4 polis həlak olub, 2 nəfər yaralanıb.

Bu silahlı insidentlər Əfqanıstanda vəziyyətin daha da gərginləşdiyini göstərir. Ölkə Prezidenti Əşrəf Qəni də bildirib ki, Qətərdə ABŞ və “Taliban” arasında sülh danışıqlarına baxmayaraq, ümidverici heç nə yoxdur./AZƏRTAC/

Loading...

www.yenicag.az

950
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100