“Taliban”ın yüksək rütbəli lideri öldürüldü

Əfqanıstanın şərqində “Təhrik-i-Taliban Pakistan” silahlı qruplaşmasının (TTP) yüksək səviyyəli lideri Məhəmməd Xorasani Nanqarhar əyalətində öldürülüb.

Yenicag.az “Aljazeera” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri məlumat yayıb.

“Öldürülən şəxsin qruplaşmanın sözçüsü vəzifəsində çalışdığı zaman “Xalid Balti” ləqəbi ilə tanınan Məhəmməd Xorasani olduğu aydındır”, – deyə məlumatda bildirib.

Qətlin hansı şəraitdə baş verdiyi araşdırılır.