!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Taliban"la atəşkəs bitdi - Prezident

!Reklam – Yazi

Əfqanıstan prezidenti Məhəmməd Əşraf Qəni “Taliban” hərəkatı ilə atəşkəs razılaşmasının başa çatdığını bəyan edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu yaydığı videomüraciətdə bildirib.

Əfqanıstan prezidenti qeyd edib ki, təhlükəsizlik qüvvələri əməliyyatları davam etdirəcək.

“Taliban”ın bir çox üzvləri sülh istəyir. Xalq göstərdi ki, onlar  birləşməyə hazırdırlar. Hökumət istəyir ki, “Taliban” hərəkatını hərbi qruplaşmadan siyasi qruplaşmaya çevirsin və sülh prosesinin işə düşməsi üçün əlindən gələni etsin”.

Əfqanıstan prezidenti hakimiyyətin talibançılar üçün təhlükəsizlik zonasının yaradılmasına və hər hansı ərazinin onlara verilməsinə razı olmayacağını vurğulayıb.

www.yenicag.az

1865
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv