“Taliban”la Türkmənistan sərhədçiləri arasında ATIŞMA

“Taliban” üzvləri ilə Türkmənistan sərhədçiləri arasında atışma baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e-Subh” qəzeti məlumat yayıb.

“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, – Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.