Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov noyabrın 24-də Asəf Məmmədovun Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Yenicag.az Nuhcixan.az-a istinadən fərmanın mətnini təqdim edir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.