!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tamilla Qulami geri çəkilmir

!Reklam – Yazi

tamilla_qulamiXəbər verildiyi kimi, Ümid Partiyasının və “125”-lər Siyasi Klubunun namizədi, gənc siyasətçi, tanınmış telejurnalist Tamilla Qulaminin namizədliyi MSK tərəfindən də qeydə alınmadı. Ancaq telejurnalistin geri çəkilmək fikri yoxdur. Bu barədə Yenicag.az-a açıqlama verən T.Qulami bunları söyləyib:

“Bildiyiniz kimi 95 saylı Tərtər Dairə Seçki Komissiyası mənim imza vərəqələrimlə bağlı qeyri-qənaətbəxş rəy verərək, deputatlığa namizədliyimdən imtina etdi. Təəssüflər olsun ki, Mərkəzi Seçki Komissiyası da öz nəzarəti altında olan qurumun rəyini təsdiq edərək bizim şikayətimizi təmin etmədi. İmzalarımla bağlı həm DSK-nın İşçi Qrupunun gəldiyi rəy bizim hüquq ekspertləri tərəfindən hüquqi cəhətdən əsassız hesab olunur və bu əsasla da biz məhkəməyə müraciət hazırlamışıq. Üzümüzə gələn həftə bu haqda yekun qərar qəbul olunacaq. Mən gecikmiş də olsa haqqımda ədalətli qərarın çıxarılacağına ümid edirəm”.

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv