!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tamilla QULAMİ: Öncə özümüzdən başlayaq…

!Reklam – Yazi

10590585_779762998754474_3242429341443648143_nAdətən hansı işə başlayıb, hansısa bir addımı atırıqsa, mütləq böyüklərimiz, dostlarımızla məsləhətləşər, onların xeyir-duası olmadan heç bir yola çıxmaq istəmirik. Çox vaxt örnək almağa üstünlük verir, örnək olmaq istəyirik. Mənəvi dəyərlər, mentalitet, adət-ənənələr…. Azmı duymuşuq bu ifadələri? Mövzunu dəyişmədən keçim söhbətin məğzinə…

Uşaqlıqdan nənəmdən yardımlaşmağın şahidi olmuşam. Ətrafında tanıdığı, gördüyü nə qədər ehtiyacı olan insanlar varsa, maddi, mənəvi yardım edir. Nənəmə yıxılı evlərin dirəyi deyir onu tanıyan hər kəs. Əlindən gəlməyən bir şey yoxdu. Hər həftəsonu nəvələr toplanıb onu ziyarətə gedəndə hərəmizdən məhz yoxsul insanlar üçün ayırdığı pul kisəsinə qoymağa pul yığırdı. Bilirəm ki, mənim nənəm kimi nənələr çoxdur… Bəli… Biz ehtiyacı olan insanların yanında olmağa çalışan, yardımlaşmağı sevən millətik. Düzdür, meşə çaqqalsız olmaz, bəzən bu işləri ictimailəşdirənlərə özlərini reklam edirlər deyənlər olacaq, olur da. Amma önəmli olan nəticədir, hansı xarakterli olur-olsun, əsas odur ki, birilərinə yardım edə biləsən.

Bu günlərdə 125-lər Siyasi Klubu olaraq Qarabağ qaziləri ilə görüş keçirdik. Problemləri, çətinlikləriylə tanış olduq. Öyrəndik ki, içlərində yoxsulluqdan, xəstəlikdən dünyasını dəyişənlərin belə olub.

Bütün bunlara nəzər yetirəndə görürəm ki, bizlər mütləq bir şeylər etməliyik. Məsələn, təklif edərdim ki, bu məsələ aidiyyatı orqanlara çatana qədər biz tanıdığımız bütün dostlarla, bütün bölgələrlə səfərbər olaq. Hər rayonda, hər şəhərdə xüsusi yardım mərkəzi yaradaq. Həmin bölgələri bu mərkəzlə bağlı məlumatlandıraq, xüsusi büdcə ayıraq. Kimin nəyə gücü çatırsa, etdiyi yardımın adıyla bərabər qeydiyyata düşsün. Könüllülər cəlb edilsin. Yoxsul ailələrin, ehtiyacı olan Qarabağ qaziləri, əlil insanlar qeydiyyatda olsun. Problemlər araşdırılsın, hər həftə bir ailəylə tanış olaq, davamlı olaraq ictimailəşdirək.

Ey bu yurdun insanı, sahibin hanı, Azərbaycan deyənlər, biz dönüb özümüzə sual verək ki, nələrsə etmişikmi fərd olaraq? Birinci özümüzdən başlayaq!

Davamı gələcək…

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv