Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TANAP nə vaxt Avropaya qaz ixracına başlayır?

İşlər plana uyğun davam etsə, Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu ilin iyulunda Avropaya qaz tədarükü üçün hazır olacaq.

Yenicag,az xəbər verir ki, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

O bildirib ki, ötən ilin iyununda TANAP-ın sıfır mərhələsi işə salındıqdan sonra Türkiyəyə qaz tədarükü başlayıb. Birinci mərhələ ilə sınaq qaz tədarükü isə aprelin 15-dən başlayacaq.

S.Düzyol əlavə edib ki, 2018-ci il iyunun 30-dan bu il fevralın 28-dək Türkiyə TANAP vasitəsilə 1,25 milyard kubmetr qaz əldə edib.

O vurğulayıb ki, TANAP-ın buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edir, daha sonra isə bu göstəricini 31 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Loading...

www.yenicag.az

1463
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100