Tanınmış aktrisa: “300 manat maaşla dolansın, yoxsa koronavirus testi etdirsin?”

“Adamlar var ki, koronavirus xəstəsidir, amma bunu heç kim bilmir. Ya gizlədir, ya da heç özünün də virus daşıyıcısı olduğundan xəbəri yoxdur. Imkansizliqdan test etdirməyib, virusun simtomplarını daşıyıb, xəstəliyi ayaqüstə keçirənlər var”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib.

Aktrisa testlərin pulsuz olması ilə bağlı çağırış edib:

“İnsanlar məsuliyyətli olmalı, xəstə olduqlarını bildikləri halda evdən bayıra çıxmamalıdır. Müalicə olunmalıdır. Amma səmimi etiraf edim ki, onları da qınamalı deyil. Buna məcburdurlar. Çünki evlərinə çörək aparmalıdır. Əgər şəxs 300 manat məvacib alırsa və testin ən ucuzunun qiyməti 80-90 manatdırsa, o həmin maaşla dolansın, ya test etdirsin?Hələ müalicə haqqını demirəm. Adamın canından can gedir, üstəgəl də nə qədər pul töküb, dava-dərman almalıdır ki, sağalsın. Hər kəs bilir ki, koronavirus xəstələri müalicə üçün nə qədər pul xərcləyir. Yaxşı olardı ki, testlər kütləvi şəkildə pulsuz edilsin. Hər kəs müayinə olunsun. O halda yalnız xəstələr deyil, elə sağlam insanlar da gedib test olunacaq və nəticədə heç kim heç kimi yoluxdurmayacaq. Başqa çıxış yolumuz yoxdur. Yoxsa nə qədər ki, bu testlərin qiyməti bahadır, virusa yoluxma halları da artacaq”.

Cəvahir