Tanınmış aktrisa Azərbaycandan köçdü: “Buna məcbur oldum”

Tanınmış aktrisa , “Yuxu” kimi serialındakı Nigar obrazı ilə məşhurlaşan Cəmilə Muradova Azərbaycandan köçüb.

Yenicag.az-a açıqlama verən aktrisa hazırda İsveçrədədir və orada yaşamağa qərar verib:

“Həyat yoldaşım İsveçrədə yaşadığına və işlədiyinə görə, bura köçməli oldum. Əlbəttə bir aktrisa kimi mənə çətindir, çox darıxacam. Çünki sənət yolunun lap başlanğıcındaydım və uğurlu karyera gözləyirdim. Amma köçməyə məcbur oldum, çünki artıq ailəm var və həyat yoldaşım belə istədi”.

Aktrisa İsveçrədə yaşasa da, Azərbaycandan dəvət alacağı təqdirdə fəaliyyətini davam etdirəcək:

“Burada rəqs müəllimi kimi çalışmağı düşünürəm. Çünki ilk təhsilim bununla bağlıdır. Sənətimlə bağlı yeni iş təklifi alsam Azərbaycana dönəcəm”.

Qeyd edək ki, aktrisa bu il ailə qurub. İş adamı olan həyat yoldaşı azərbaycanlı olsa da, İsveçrə vətəndaşıdır.

Cəvahir