Tanınmış aktrisa Sonaxanım Əliyeva yayın istisindən başını götürüb İstanbula dincəlməyə gedib.
Yenicag.az-a açıqlama verən aktrisa budəfəki istirahətini Türkiyənin tarixi yerlərini ziyarət etməklə keçirəcəyini bildirib:
“İstanbuldayam, iki həftə burada olacağam. Türkiyənin bütün tarixi və gəzməli-görməli yerlərini gəzməyi planlaşdırmışam. Çünki mənə görə istirahət elə, belə əzəmətli məkanlarda olmaqdır. Sultan Əhməd məscidinə getdim, çox böyük zövq aldım. İki həftə ərzində bütün tarixi yerləri ziyarət etməyi düşünürəm. Bol istirahətdən sonra artıq Bakıya böyük yaradıcılıq enerjisi ilə dönəcəyəm. Qarşınızda daha enerjili Sonanı görəcəksiniz”
Aktrisanın istirahət zamanı çəkdirdiyi fotoları təqdim edirik:
Cəvahir