!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Onsuz yetim qaldım” - FOTOLAR

!Reklam – Yazi

“Müəllimimsiz çox çətindir, hər birimizin ürəyində bir nisgil var. O, haqq dünyasındadır və bir gün biz də onun yanına köçəcəyik, burada olan hər şeyi ona danışacağıq”.

Bunu görkəmli rejissor, Azərbaycan teatrında əvəzolunmaz xidmətləri olan Vaqif İbrahimoğlunun doğum günündə yetirməsi Zümrüd Qasımova fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Z.Qasımova ustadı ilə bağlı xatirələrini danışıb:

“Sənətin bütün incəliklərini ustadımdan öyrənmişəm. Həmişə deyərdi ki, bir gün olmayacam, amma siz əziyyətimin bəhrəsini görəcəksiniz. Olurdu, məşqlərdən yorulurduq, bezirdik. Çünki onun məşqləri saatlarla çəkirdi. Müəllimsiz bu dünyada şəxsən mən yetim qaldım. Çünki o mənim üçün yalnız müəllim deyildi, həm də ata, dost, tərəf müqabili, sənət müəllimi idi. Onun əlindən su içdim, qazandığım hər bir uğurun arxasında ustadım dayanır. İçimdə onunla bağlı bir nisgil var, kaş səhvlərimi ona deyə biləydim, kaş onunla dərdləşəydim, uğurlarımı bölüşəydim. Çünki o heç vaxt qınamazdı, həmişə doğru yol göstərərdi. Böyük şəxsiyyət və böyük rejissor idi. Novator rejissor idi. Həmişə yeniliklər axtarırdı. Öncəgörən bir insan idi. Verdiyi müsahibələrdə Şuşayla bağlı suala belə cavab verirdi ki, biz mütləq orada olacağıq, xəyalən oradayam. Təəssüf ki, onunla son görüşüm olmadı. Çünki o zaman hər ikimiz xəstə idik. Onunla ancaq telefonla danışırdıq. Heç müəllimimi o halda görmək də istəmirdim. Son sözü bu oldu ki, Zümrüd, o gün olsun ikimiz də kimyanı bitirək, fizikadan danışaq. Ölümünə üç gün qalmışdı, ancaq zarafatlarından qalmırdı. Bu gün həm də Yuğun ad günüdür. Müəlilmsiz çox çətindir, hər birimizin ürəyində bir nisgil var. O, haqq dünyasındadır və bir gün biz də onun yanına köçəcəyik, burada olan hər bir şeyi ona danışacağıq”.

Cəvahir

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv