Tanınmış aktrisamız komaya düşdü – Vəziyyəti kritikdir

Türkiyədə yaşayan həmyerlimiz, tanınmış aktrisa Tunay Əliyeva xəstəxanalıq olub.

Yenicag.az-a açıqlama verən aktrisa qardaş ölkədə ölümlə üz-üzə qaldığını deyib:

“3 ay idi ki, vegeterian həyat tərzi keçirirdim, pəhriz saxlayırdım. Qanım aşağı düşdü və qəfildən ürəyim getdi. Məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. 3 gün komada qaldım, hətta biranlıq ürəyim dayanıbmış. Həkimlər elektroşok tətbiq edəndən sonra Allah məni yenidən həyata qaytardı. Ölsəydim, bu gün “yeddi”mi verirdilər. Hələ də halsızam, dava-dərman qəbul edirəm. Bir müddət müalicə olunmalıyam”.

Cəvahir
Yenicag.az

COP29