Tanınmış aktrisanın qızı AİLƏ QURDU: Bəylə gəlin bu TV-də çalışır – FOTOLAR

 

Tanınmış aktrisa Zülfiyyə Eldarqızının qızının nikah mərasimi olub.
Yenicag.az-a açıqlama verən aktrisa övladının xoş günündən danışıb:

“Qızım Ayşə sevib-seçdiyi iş yoldaşı Mirislam nikaha girdi. Hər ikisi Baku TV-də çalışır. Qızım “Space” televiziyasında çalışırd, sonradan Baku TV-yə işə keçdi. Elə orada dostluqdan başlayan münasibət sevgiyə çevrildi və ailə qurmağa qərar verdilər. Allah hamıya belə kürəkən nəsib etsin, çox yaxşı oğlandır. Adam öz qızını tərifləməz, qızım da valideynlərinə dəyər verən, vətənpərvər bir qızdır”.

Aktrisa aprelin 20-də toy mərasiminin baş tutacağını bildirib.

Fotoları təqdim edirik:

Cəvahir