!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisanın SƏHHƏTİ PİSLƏŞDİ: “Əlil arabasında xəstəxanaya apardılar”

!Reklam – Yazi

Tanınmış aktrisa Mənsumə Babayevanın səhhətində yenidən problemlər yaranıb.

Bu barədə aktrisa özü Yenicag.az-a açıqlamasında bildirib.

Bu günlərdə xəstəxanaya aparılan aktrisa hazırda ev şəraitində müalicəsini davam etdirir:

“Xəstəyəm, səhhətimdə ciddi problemlər var. Heç yaxşı deyiləm. Əsəb, stres, fikir məni yıxdı. Güclü əsəbdən sifətimdə iflic yaranıb, bir gözüm yumulmurdu. Məni əlil arabasında xəstəxanaya apardılar. MRT olundum, 500 manat xərcim çıxdı.

İndi evdə müalicə olunuram. Damarlarım da tıxanma var, kardioloq cərraha ehtiyacım var. Dava-dərman da o qədər bahadır ki…”

Qeyd edək ki, aktrisa xeyli vaxtdır ki, xəstəliklə mübarizə aparır. Bir neçə dəfə ağır əməliyyatlar keçirib”.

Cəvahir

www.yenicag.az

18956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv