Tanınmış aktrisanın sevənlərinə bəd xəbər

Bir müddətdir ağciyərində problem olan tanınmış türk aktrisası Hülya Koçyiğitə xərçəng diaqnozu qoyulub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər hazırda ABŞ-da olan sənətçinin əməliyyat olunmasına qərar veriblər. Aktrisa pərəstişkarlarından onun üçün dua etmələrini istəyib:

“Bü gun mənim üçün çox agır gündür. Ümid edirəm ki, sizə xoş xəbərlər verərəm. Hər zaman gözəl arzularınızla yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Var olun”.

Yenicag.az