!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor buna görə məşhur filmlərdən imtina etdi – ŞOK SƏBƏB

!Reklam – Yazi

“Yeddi oğul istərəm” də Mirpaşa, “Qatır Məmməd” filmində Əziz rolları üçün ilk dəfə onu dəvət etmişdilər. Hətta sınaq çəkilişlərində də təsdiqlənmişdi. Atdan qorxduğu üçün bir çox məşhur filmlərə çəkilməkdən imtina etdi”.

Bunu bu gün anım günü olan mərhum xalq artisti Eldəniz Zeynalovla bağlı xatirələrini bölüşərkən tanınmış aktyor Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.

Rafiq Əzimov Eldəniz Zeynalovun milli kinomuzda xüsusi rolu olduğunu bildirib:

“Eldəniz mükəmməl aktyor idi. Xarakter ustası idi. Amma insan kimi çox həssas idi, atdan qorxurdu, avtomobili idarə edəndə çox gərgin olurdu. Bu qorxuları onu bir çox filmlərdən etdi. Yadımdadır ki, “Yeddi oğul istərəm” filmində onu Mirpaşa roluna dəvət etmişdilər. Buna görə “Cıdıra” gedib at sürməyi öyrənirdik. O da bizimlə gedirdi, amma ata minmirdi, elə kənarda oturub bizə baxırdı. Hər dəfə “Eldəniz sən niyə at sürmürsən?” soruşanda , deyirdi ki, mən birbaşa çəkiliş meydançasında at sürəcəm. Bir dəfə filmin rejissoru Tofiq Tağızadə ona dedi ki, Eldəniz sən də atını sür, görək. O yenə də bəhanə etdi ki, çəkiliş meydançasında sürəcəm. Sonradan başa düşdük ki, o qorxur və buna görə bəhanə gətirir. Elə atdan qorxduğuna görə də Mirpaşa rolunu başqa aktyora verdilər”.

R.Əzimov onun ömrünün son günlərini xəstəxanalarda keçirdiyini bildirib:

“Eldəniz yıxılmışdı və qıçı əzildiyi üçün bir müddət xəstəxanada yatdı. Aktyor dostları yığışıb xəstəxanada ziyarətinə gedirdik, çox nigaran idi. Övladlarını ev-eşik sahibi edə bilmədiyi üçün fikir edirdi. Elə bu nigarançılıqla da dünyadan köçdü”.

Cəvahir

www.yenicag.az

1320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv