!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor TƏNQİD ETDİ: "Hər şeyin ədəb-ərkanı olmalıdır, şitini çıxarırlar"

!Reklam – Yazi

“Biabırçılıqdır. Pulunu onlara xərcləyənləri anlamaq olmur…”

Bunu “TikTok”da canlı yayım açaraq mədəni şəkildə pul dilənən insanlar, xüsusən də sənət adamları ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən aktyor Əmrah Dadaşov deyib.

“Hər şeyin əndazəsi olmalıdır”, – deyən Əmrah bu kimi şeylərə pul xərcləyən insanları da qınayıb:

“Əslində, sosial şəbəkələrlə bağlı “tərbiyəsiz” və ya “tərbiyəli” deyə bir anlayış yoxdur. Baxır, ondan necə istifadə edirsən. Bu da biz izləyicilərin öhdəsinə düşür. Mən özüm bir neçə xarici səhifələr var ki, onlardan istifadə edirəm. Son vaxtlar “TikTok”da pul qazananlarla bağlı fikirlər də birmənalı deyil. Mən də bu fikirlərlə razıyam. Bu məsələdə də insanlar şitini çıxarır. Bir sənətçinin saatlarla canlı yayım açaraq mədəni şəkildə dilənməsini ona yaraşdırmıram. İnanın ki, həmin adam özünü gözdən salır. Hər şeyin bir ədəb-ərkanı, dərəcəsi olmalıdır. Səhər, günorta, axşam, haçan baxırsan, eyni adamlardır, canlı yayım açıblar, eyni söhbətlər, eyni şeylər… Biabırçılıqdır. Pulunu onlara xərcləyənləri anlamaq olmur. Onlar hansı məntiqin sahibidirlər, baş açmıram”.

Aktyor uşaq və yeniyetmələrin bütün günü “TikTok”da vaxt keçirmələrini təhlükəli hal kimi qiymətləndirib və onların valideynlərinə səslənib:

“Azərbaycanda “TikTok” sosial platforması ilə bağlı fikrim birmənalı deyil. Xüsusən də valideynlərə tövsiyəm bu olardı ki, uşaqlar və yeniyetmələri bu sosial platformadan uzaq tutsunlar. Çünki ziyanlı tərəfləri çoxdur”.

Cəvahir

www.yenicag.az

480
Ads
www.veteninfo.com
!Reklam – Arxiv