Tanınmış aktyor xəstəxanada həyatını itirdi – FOTO

Türkiyədə məşhur aktyoru Ferhan Şensoy vəfat edib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun keçmiş həyat yoldaşı Deniz Baykal “Twitter” hesabında yazıb.

Məlumata görə, iyulun 2-də daxili qanaxma səbəbindən xəstəxanaya yerləşdirilən 70 yaşlı sənətçi gecə 02:30-da dünyasını dəyişib.