!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aktyora AĞIR İTKİ: “Şəhid xəbərlərinə dözmədi”

!Reklam – Yazi

Tannımış aktyor İlqar Musayevə ağır itki üz verib. Şəhid xəbərlərinə dözməyən atası Aydın Musayev dünyasını dəyişib.

Yenicag.az-a açıqlama verən İlqar Musayev bir gün öncə atası ilə şəhidlər barədə danışdığını və səhəri gün atasının kəskin ürək infarktı və beyin insultu nəticəsində dünyasını dəyişdiyini bildirib:

“Çox sağlam insan idi, bu xəbərlərə dözə bilmədi. Şəhidlərimizin xəbərini eşidən andan özünə yer tapa bilmirdi. Bir gün əvvəl görüşdük, sorğu-sual etdi məni ki, nə baş verir? Dedim, 50 şəhidimiz var, anam işarə etdi ki, ona heç nə deməyim. Anama dedi ki, dayan görüm, mən bilməliyəm, görüm nə baş verir. Şəhidlərimizin xəbərini eşidəndə mənə əsəbiləşdi ki, mən sənin yerinə olsaydım, burada oturmazdım, orada olardım. Dedim ata, axı məni çağıran yoxdur. Lazım olsa, gedərəm. Dedim, 44 günlük müharibədə də oldum, mən Vətən üçün həmişə döyüşməyə hazıram. Çox həyəcan keçirirdi, danışıb evə getdim. Səhəri gün anam zəng etdi ki, tez gəl, atan tərpənmir. Atamgillə qonşuluqda yaşayıram. Qaçıb gəldim, gördüm, atam buz kimi soyuqdur. Həkim çağırdıq, dedilər, beyninə qan sızıb, bir də kəskin ürək infarktı keçirib. Telefonunda səs yazılarını dinlədim, bacısı ilə danışıb, şəhidlərin itkisinə dözə bilmədiyini bildirib. Çətindir, ata itkisinə dözmək çox ağırdır”.

Cəvahir

www.yenicag.az

994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv