Akademik Milli Dram Teatrının direktor müavini, aktyor Hacıbaba Məmmədova ağır itki üz verib. Aktyorun anası dünyasını dəyişib.
Yenicag.az-a açıqlama verən aktyor anasının xəstəlikdən əziyyət çəkdiyini və dünən dünyasını dəyişdiyini bildirib:
“Son vaxtlar xəstəliklə mübarizə aparırdı. Son nəfəsində yanında idim. Danışmaq ağırdır. Naxçıvanda dəfn etdik”.
Allah rəhmət eləsin!
Qeyd edək ki, aktyor “Son hədd”, “Sindrom”, “Oğurlanmış arzular” teleseriallarında rol alıb.
Cəvahir