!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan Mədəniyyət Nazirliyinə qarşı SƏRT İTTİHAMLAR: “Hələ “xod” gedən vaxtınızda...”

!Reklam – Yazi

Tanınmış aktyor Hikmət Rəhimov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənov barədə qalmaqallı fikirlər səsləndirib.

Yenicag.az xəbər verir ki, buna aktyorun Türkiyədə keçirilən “Həyat, deyəsən, gözəldir” adlı filminin qala gecəsinə dəvət almaması səbəb olub:

Aktyor sosial şəbəkə hesabında qarşı tərəfə səslənərək qeyd edib:

“Türkiyənin Bursa şəhərində festivalda “Həyat, deyəsən, gözəldir” filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən dəvət olunmadım, oluna bilərdim. Amma nazilrik ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyəti olmayan adamları yığıb apardı. Təkrar edirəm, 2-3 nəfərdən başqa oradakıların kinoya qətiyyən aidiyyəti yoxdur. Bu ancaq “kruq məsələsi”dir, bu qədər… İnanın ki, dəvət etsəydilər də, getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir. Haqqım çatırdımı orada olmağa? Bəli, çatırdı. Sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi dedim. Səninlə üz-üzə oturub danışdıq və sənə bu cameənin hansı vəziyyətdə olduğunu dedim və vecinə almadın.

Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim, dedim, qəpik-quruş ver bunu çəkim… Yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyətləri yoxdur.

Səndən nə mükafat, nə də fəxri ad istədim. Amma sənin gözlərində bir “yolaverdi” və laqeydlik vardı. Bax, o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadı, bu kainatdır, bu Tanrının ədalətidir. Sona qalan qalib olur, foto adam…”

Cəvahir

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv