Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış aktyordan məktəblərin bağlanmasına MÜNASİBƏT: “Belə təhsildənsə…”

“Distant təhsil uşaqlara böyük ziyan vurur. Uşaqlara onlayn təhsil olmaz, çünki bu, yarımçıq təhsil deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında Təhsil Nazirliyinin aprelin 5-dən paytaxtda ümumtəhsil müəssisələrində dərslərin dayandırılması və tədris, təlim-tərbiyə prosesinin distant formada təşkili ilə bağlı xəbərinə münasibət bildirərkən tanınmış aktyor Rəşat Kəsəmənli deyib.

Aktyor bildirib ki, belə bir qərar uşaqları təhsildən geri qoyacaq:

“Uşaq müəllimin üzünü görmürsə, aurasını hiss etmirsə, bu dərs deyil. Belə təhsildənsə, bir il dərsləri təxirə salıb, əlavə bir il tədrisi uzatsınlar. Kimin ki, imkanı var evinə müəllim dəvət edib, uşağına təhsil verəcək, onlar heç nə itirməyəcək. Amma hamıda bu imkan yoxdur axı. İçi mən qarışıq bu valideynlər neyləsin? 3 övladım var, hansına pul verib, müəllim tutum? Başqasına görə mümkün ola bilər, amma bu, mənə görə mümkünsüzdür. Uşaqlarım təhsildən kənarda qalası deyillər ki, həvəsləri olsa da, olmasa da. Onlar təhsil almağa borcludur. Dövlətin qərarlarına hörmətlə yanaşıram. Amma uşaq hansı savadla ali məktəbə imtahan verəcək? Pul verib müəllim tutub uşaqlarını oxutdura biləcək insanlar cəmiyyətin 20 faizinə aiddir. Lap olsun 30 faiz, bəs 70 faiz, onlar neyləsin?”

Cəvahir

Loading...

www.yenicag.az

524
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100