!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan SƏRT İRAD: “Efirə şortiklə, cırıq şalvarla çıxır”

!Reklam – Yazi

“Bu yaxınlarda bir fikir səsləndirdim ki, efirlərə, telekanallara, seriallara gənclərimiz saqqalla çıxır. Dedim ki, MTRŞ buna niyə münasibət bildirmir. Bu fikrim birmənalı qarşılanmadı, hərə bir cür yozdu. Biri hətta mənim çəkildiyim filmdən saqqallı şəklimi də mənə göndərdi ki, özün də saqqal saxlamısan”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.

Aktyor bildirib ki, saqqallı efirə çıxmaq efir mədəniyyətinə xələl gətirir:

“Söhbət efir mdəniyyətindən gedir. Baxırsan veriliş gedir, on nəfər oturub, hamısı da saqqallı. Bu estetik baxımından da yaxşı görünmür. Kim efirə necə istəyir elə də çıxır: biri şortik, digəri cırıq şalvardadır. Efirə axı milyonlar baxır. Efir estetikası gözlənilmir.
Ola bilər aktyordur, film üçün saqqal saxlayır. Amma problem bundadır ki, gənclərin əksəriyyəti saqqal saxlayır. Bu, məni narahat edir”.

Cəvahir

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv