Tanınmış aktyordan SƏRT QINAQ: “Bir-birinin ətini yeyənlər, pula görə…”

“Heç kim bu dünyadan heç nə aparmayacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Tural Əhməd sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.

Aktyor pula, var-dövlətə görə bir-birinin ətini didən, ayağının altını qazıyan, bir-birinə pislik edən insanlara çağırış edib, onları yaxşı əməl sahibi olmağa səsləyib:

“İnsan sağlığında nə qədər rəhmət qazandı. Kişilərin göz yaşları ağlayan yağışı əvəz edirdi dünən. Sonuncu dəfə belə izdihamı xatırlamıram. Bu cür insanlar dünyadan gedəndə, dünya həqiqətən müflisləşir. Bir-birinin ətini yeyənlər, pula görə bir-birini ələ verənlər, bu izdihamı, bu rəhmətləri unutmayın. Heç kim bu dünyadan heç nə aparmayacaq. “Dünyadan belə bir insan getdi” sözünə layiq olmaq üçün yaşayın… ”

Cəvahir